Medianews.az
Yaponiya millisinin ulduzu
92 baxış

Yaponiya millisinin ulduzu qəza törətdi

İngiltərənin "Brayton" klubunun və Yaponiya millisinin vingeri Kaoru Mitoma Tokioda yol-nəqliyyat hadisəsi törədib.

Medianews.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Sükan arxasında olan 29 yaşlı futbolçu piyada keçidinə baxaraq diqqəti yayındığı üçün svetoforun qırmızı işığından keçib və nəticədə velosiped sürən qadınla toqquşub.

Qəza nəticəsində velosipedçi yüngül xəsarətlər alıb. Hazırda Tokio polisi hadisə ilə bağlı araşdırma aparır.

Xatırladaq ki, Kaoru Mitomanın da heyətində yer aldığı Yaponiya millisi DÇ-2026-da mübarizəni 1/16 final mərhələsində Braziliyaya uduzaraq (1:2) başa vurub.

Medianews.az

Bizə qoşulun