Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsinin hazırlanması prosesi davam edir.
Medianews.az xəbər verir ki, bunu Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratova bildirib.
O, rəsmi düşərgələrdən kənarda, cəbhə xəttindəki zirzəmilərdə saxlanılan rus hərbçilərinin siyahısının mövcud olduğunu və onların qaytarılması üçün danışıqlar aparıldığını qeyd edib.
Lantratova Ukrayna ombudsmanı Dmitri Lubinets ilə birbaşa və effektiv əlaqə saxladıqlarını, itkin düşənlər barədə məlumat mübadiləsi apardıqlarını vurğulayıb.
Eyni zamanda, Ukrayna ərazisində əsir saxlanılan bütün Kursk vilayətinin dinc sakinlərinin geri qaytarıldığı, hazırda yalnız itkin düşənlərin axtarıldığı bildirilib.
Ombudsman həmçinin beynəlxalq təşkilatların ilk dəfə olaraq Kiyevin dinc əhaliyə qarşı törətdiyi iddia edilən cinayət faktlarını rəsmən qəbul etməyə başladıqlarını diqqətə çatdırıb./Bakıvaxtı.az