Medianews.az
Ərdoğandan Hörmüz
91 baxış

Ərdoğandan Hörmüz açıqlaması

Türkiyə Hörmüz boğazının minalardan təmizlənməsi prosesinə dəstək verə bilər.

Medianews.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Zirvəsində çıxışı zamanı İran böhranının diplomatik yollarla həllinə dəstək verdiklərini bildirib.

O qeyd edib ki, diplomatik səylərlə yanaşı, Hörmüz boğazının minalardan təmizlənməsi üçün lazım olan töhfəni verməyə hazırdırlar.

Türkiyə Prezidenti həmçinin NATO müttəfiqlərinə ölkəsini hədəf alan raket təhdidlərinə qarşı göstərdikləri dəstəyə görə ABŞ, İspaniya, Almaniya və İtaliyaya təşəkkür edib.

Ərdoğan Yaxın Şərqdə davamlı sülhün iki dövlətli həll modelindən keçdiyini vurğulayaraq, Qəzza və Livanda sabitliyin təmin olunmasının vacibliyini qeyd edib. O, terrorizmin bütün forma və təzahürlərinə qarşı tam həmrəylik nümayiş etdirilməsinin zəruri olduğunu da əlavə edib./Metbuat.az

Bizə qoşulun