Medianews.az
Balakəndə sel aparan şəxslə bağlı
101 baxış

Balakəndə sel aparan şəxslə bağlı RƏSMİ AÇIQLAMA

Balakəndə sel apardığı 43 yaşlı kişi xilas edilib.

Medianews.az xəbər verir ki, məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilib.

"Nazirliyin "112" qaynar telefon xəttinə Balakən rayonu, Katex kəndində bir nəfərin sel gəlməsi səbəbindən çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan vətəndaş - 1985-ci il təvəllüdlü Ramiz Şaban oğlu Asxabov xilas edilib", - deyə məlumatda bildirilir.

Bizə qoşulun