Medianews.az
Yağan güclü qar səbəbindən
66 baxış

Yağan güclü qar səbəbindən 80 kənd işıqsız qaldı

Lerik rayon mərkəzinə 40 sm, dağlarda isə qarın qalınlığı 80-sm çatıb.

Bu barədə Medianews.az-a Lerik Rayon Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikov məlumat verib.

Komissiya sədrinin sözlərinə görə hazırda Lənkəran-Lerik yolu açıqdır. Kəndlərlə rayon mərkəzi ilə əlaqə hündür nəqliyyat vasitəsi ilə həyata keçirilir. Təbii qaz, su təchizatında hər hansı bir problem olmasa da, elektrik enerjisinin verilişində müəyyən fasilələr yaranıb. Səhər saatlarında 35/10 kv-luq hava xəttində nasazlıq aradan qaldırılıb. Amma hazırda 80 kənddə elektrik enerjisində fasilə yaranıb. Günün sonuna kimi həmin kəndlərə enerjinin verilişi bərpa olunması istiqamətində işlər aparılır.

Hazırda rayon ərazisində qar davam edir.

Bizə qoşulun