Medianews.az
Xorvatiya millisinin baş məşqçisi:
105 baxış

Xorvatiya millisinin baş məşqçisi: "Onların Ronaldosu var"

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç, DÇ-2026-nın 1/8 finalındakı rəqibləri Portuqaliya komandası və onların ulduz hücumçusu Kriştiano Ronaldo haqqında yüksək fikirlər səsləndirib.

Medianews.az xəbər verir ki, Daliç rəqibin taktiki üstünlüklərini qeyd edib.

Onun sözlərinə görə, Portuqaliya dünyanın ən yaxşı millilərindən biridir: “Onların həm Belçikada, həm də indi Portuqaliyada fantastik işlər görən əla baş məşqçisi var. Heyətlərində hər an qol vurmağa qadir olan Ronaldo kimi bir qüvvə var. Portuqaliyanın ən böyük üstünlüyü texniki ustalıq və topa nəzarətdir. Onlar bu komponentdə həqiqətən çox güclüdürlər, çoxlu qol epizodları yaradırlar və həmişə üstünlüyü ələ almağa çalışırlar".

Qeyd edək ki, gərgin keçməsi gözlənilən Portuqaliya – Xorvatiya qarşılaşması iyulun 3-də baş tutacaq.

Medianews.az

Bizə qoşulun