Medianews.az
Rayan Şerkidən azarkeşlərə
87 baxış

Rayan Şerkidən azarkeşlərə MESAJ

Fransa millisinin yarımmüdafiəçisi Rayan Şerki DÇ-2026-dakı çıxışdan sonra azarkeşlərə müraciət edib.

Medianews.az-ın məlumatına görə, futbolçu bildirib ki, komanda daha güclü şəkildə geri qayıdacaq və milli simvollar ətrafında bütün ölkəni birləşdirməyə davam edəcək.

"Heç vaxt unutmayın, biz geri dönəcəyik və daha güclü olacağıq! Ən əsası isə milli dəyərlər ətrafında hamını birləşdirmək üçün qayıdacağıq. Bütün Fransanın birlik olduğunu hiss etdik və bu, inanılmazdır", – deyə Şerkinin sözlərini Fransa millisinin X hesabı yayıb.

Qeyd edək ki, ÇM-2026 ABŞ, Kanada və Meksikada keçirilir. Turnirin üçüncülük uğrunda görüşündə Fransa İngiltərə ilə qarşılaşacaq. Dünya çempionatının finalında isə Argentina və İspaniya üz-üzə gələcək.

Medianews.az

Bizə qoşulun