Vinisius Junior "Real Madrid" klubundakı gələcəyi ilə bağlı qərar verib.
Oxu.Az xəbər verir ki, 25 yaşlı cinah hücumçusu mövsümün sonunda klubdan ayrılmağı düşünür.
Braziliyalı ulduz futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.
Qeyd edək ki, o, bu mövsüm "Real Madrid"in heyətində 29 oyunda altı qol vurub, səkkiz məhsuldar ötürmə edib.