Medianews.az
Azarkeş qələbəni qeyd edərkən
80 baxış

Azarkeş qələbəni qeyd edərkən faciəvi şəkildə ÖLDÜ

Fransa millisinin DÇ-2026-nın yarımfinalına yüksəlməsini qeyd edən 17 yaşlı azarkeş faciəvi şəkildə dünyasını dəyişib.

Medianews.az xəbər verir ki, hadisə Fransanın Olnua-Emeri kommunasında qeydə alınıb.

Fransanın Mərakeş üzərindəki 2:0 hesablı qələbəsini qeyd edən gənc qız hərəkətdə olan yük maşınının üzərinə çıxıb, lakin müvazinətini itirərək onun təkərləri altına yıxılıb. O, aldığı ağır xəsarətlərdən hadisə yerindəcə keçinib.

Hadisə zamanı orada olan digər 6 yeniyetmədən biri şok vəziyyətində xəstəxanaya yerləşdirilib. Yük maşınının sürücüsü isə polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, Fransa yarımfinalda bu gün keçiriləcək İspaniya - Belçika matçının qalibi ilə qarşılaşacaq.

Medianews.az

Bizə qoşulun