Medianews.az
Türkiyənin S-400 satışı ilə bağlı Kremldən
120 baxış

Türkiyənin S-400 satışı ilə bağlı Kremldən açıqlama

Rusiya Türkiyəyə tədarük edilən S-400 zenit-raket sistemləri ilə bağlı Türkiyə ilə əlaqə saxlayır.

Medianews.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov brifinqdə bildirib.

Daha əvvəl hökumətyönlü "Hürriyet" qəzeti Türkiyənin Rusiyadan aldığı S-400-lərin Körfəz dövlətlərindən birinə satıldığını yazmışdı. Qəzetin məlumatına görə, razılaşma tezliklə açıqlanacaq. 

Peskovdan Ankaranın onları satmaq üçün icazə istəyib-istəmədiyi və Moskvanın buna necə reaksiya verdiyi soruşulub: "Burada bir şeyi deyə bilərəm: bu mövzu çox həssas bir sahəyə aiddir. Bu məsələ ilə bağlı Türkiyə tərəfi ilə əlaqələrimiz olub və bu əlaqələri davam etdirəcəyik"./Unikal.az

Bizə qoşulun