Medianews.az
Venesuelada zəlzələ zamanı bir ştatın
88 baxış

Venesuelada zəlzələ zamanı bir ştatın bütün məmurları həlak olublar

Venesuelada baş vermiş zəlzələlər nəticəsində həyatını itirənlərin sayı 2595 nəfərə yüksəlib, yaralıların sayı isə 12 mini keçib.

Bu barədə ölkə Prezidenti Delsi Rodriges mətbuat konfransı zamanı deyib.

"Bu günə olan məlumata görə, 2595 nəfər həyatını itirib. Venesuelanın bütün səhiyyə sistemi hazırda mövcud olan 12 400 yaralını qəbul etmək üçün səfərbər olunub", - deyə o bildirib. O qeyd edib ki, heç kim kütləvi məzarlıqlarda dəfn edilməyəcək.

Delsi Rodriges, həmçinin yeraltı təkanlar nəticəsində 189 binanın dağıldığını vurğulayıb. Onun sözlərinə görə zəlzələlər zamanı Venesuelanın La-Quayra ştatında demək olar ki, bütün dövlət məmurları həlak olublar.

"La-Quayrada bir çox qurumların rəhbərləri, ən çox zərər çəkmiş bu ştatda demək olar ki, bütün məmurlar həyatını itirib", - deyə o, Karakasda keçirilən mətbuat konfransında bildirib. Rodriges aydınlaşdırıb ki, zəlzələlər zamanı 855-dən çox bina zədələnib, onlardan 127-si tamamilə dağılıb.

"İki zəlzələdən sonra 800-dən çox afterşok qeydə alınıb", - deyən rəsmi, iyulun 3-də Venesuela hökumətinin ölkənin bərpasına yönəlmiş iqtisadi tədbirlər barədə elan verəcəyini diqqətə çatdırıb. İyunun 24-də Venesuelada baş vermiş zəlzələlərdən sonra xilasetmə işləri gələcəkdə də davam etdiriləcək. Xanım Rodriges bildirib ki, dağıntılar altında hələ də sağ insanlar ola bilər.

"Biz onlara kömək etməliyik. Bundan başqa biz həlak olanları da tapmalıyıq ki, qohumları onları layiqli şəkildə dəfn edə bilsinlər", - deyə Rodriges əlavə edib. Səlahiyyətli prezident bu günlər ərzində ümumilikdə 6 462 nəfərin xilas edildiyini dəqiqləşdirib.

"Bizə yardım və dəstək göstərən bütün ölkələrə minnətdarıq", - deyə Rodriges vurğulayıb. O cümlədən əlavə edib ki, hazırda Venesuelanın diplomatik əlaqələri olmayan dövlətlərin yardımı onlarla əməkdaşlıqda yeni imkanlar üçün yollar açır.

Xatırladaq ki, Venesuelada zəlzələ iyunun 24-ü axşam saatlarında baş verib. Təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan seriyası qeydə alınıb. Onların episentrləri Venesuelanın Yarakuy ştatında bir-birindən 10 km aralıda yerləşib./oxu.az

Bizə qoşulun