Medianews.az
UEFA reytinqi: "Sabah"ın qələbəsi Azərbaycanın əmsalına töhfə verib
87 baxış

UEFA reytinqi: "Sabah"ın qələbəsi Azərbaycanın əmsalına töhfə verib

"Sabah" UEFA reytinqində Azərbaycanın əmsalını artırıb.

Bu, komandanın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda Uels təmsilçisi TNS-i məğlub etməsi sayəsində mümkün olub.

Masazır təmsilçisinin qalibiyyəti ölkəyə 0,250 əmsal qazandırıb.

Azərbaycan hazırda (18,812 əmsal) 26-cı pillədə qərarlaşıb. 27-ci sırada Slovakiya (18,250), 25-ci mövqedə İsrail (20,750) yer alıb.

Xatırladaq ki, İngiltərə 101.852 əmsalla UEFA reytinqində liderdir./report

Bizə qoşulun