Medianews.az UEFA-nın klub turnirlərinin 2026-2027 mövsümünün təqviminə nəzər salıb.
Çempionlar Liqasında birinci mərhələ 7-15 iyula, ikinci mərhələ 21-29 iyula, üçüncü mərhələ 4-11 avqusta, dördüncü mərhələ 18-26 avqusta təyin olunub.
Liqa mərhələsi sentyabrın 8-də başlayıb yanvarın 27-də bitir.
1/16 final 16-24 fevralda, 1/8 final 9-17 martda, dörddə bir final 6-14 apreldə, yarımfinal 27 aprel-5 mayda oynanacaq.
Finala iyunun 5-də Madrid ev sahibliyi edəcək.
Avropa Liqasında birinci mərhələ 9-16 iyulda, ikinci mərhələ 23-30 iyulda, üçüncü mərhələ 6-13 avqustda, dördüncü mərhələ 20-27 avqustda keçiriləcək.
Liqa mərhələsi sentyabrın 10-dan yanvarın 28-dək davam edəcək.
1/16 final 18-25 fevrala, 1/8 final 11-18 marta, dörddə bir final 8-15 aprelə, yarımfinal 29 aprel-6 maya salınıb.
Final mayın 26-sı Frankfurtda oynanacaq.
Konfrans Liqasında birinci mərhələ 9-16 iyulu, ikinci mərhələ 23-30 iyulu, üçüncü mərhələ 6-13 avqustu, dördüncü mərhələ 20-27 avqustu, liqa mərhələsi 15 oktyabr-17 dekabrı əhatə edir.
1/16 final 18-25 fevralda, 1/8 final 11-18 martda, dörddə bir final 8-15 apreldə, yarımfinal 29 aprel-6 mayda keçiriləcək.
Final iyunun 2-si İstanbulda olacaq.
Çempionlar Liqasının birinci mərhələsində ələnənlər Konfrans Liqasına, qalan mərhələlərində ələnənlər Avropa Liqasına köçür, Avropa Liqası təsnifatlarında ələnənlər Konfrans Liqasına adlayır.
36 komandalıq liqa mərhələlərində ilk 8 pilləni tutanların 1/8 finala, 9-24-cü yerləri tutanların 1/16 finala çıxması nəzərdə tutulur.
Azərbaycan mövsümə 4 komanda ilə qatılıb.
“Sabah” Çempionlar Liqasının birinci mərhələsində Uelsin “Nyu Sents” komandası ilə üz-üzə gələcək.
Avropa Liqasının birinci mərhələsində “Qarabağ”ın bəxtinə “Vestri” (İslandiya) düşüb.
“Zirə” Konfrans Liqasının birinci mərhələsində “Torpedo” (Gürcüstan) səddini keçməyə çalışacaq.
Konfrans Liqasının ikinci mərhələsinə buraxılan “Neftçi” ya “Dinamo” (Minsk, Belarus), ya da “Sileks”lə (Şimali Makedoniya) üz-üzə gələcək.
Toğrul Əli,
Medianews.az