Medianews.az
UEFA-nın klub reytinqi: Azərbaycan və başqaları
120 baxış

UEFA-nın klub reytinqi: Azərbaycan və başqaları

UEFA-nın klub reytinqi yenilənib.

Medianews.az-ın məlumatına görə, ilk üçlükdə İngiltərə, İtaliya, İspaniya dayanır.

Azərbaycan 55 UEFA üzvü arasında 26-cıdır, Gürcüstan 53-cü, Belarus 49-cu, Litva 45-ci, Estoniya 43-cü, Latviya 39-cu, Qazaxıstan 36-cı, Ermənistan 34-cü, Moldova 33-cü, Rusiya 30-cu, Ukrayna 25-ci, Türkiyə 9-cu pillədə qərar tutur.

Reytinq klub turnirlərinin son beş mövsümündə qazanılan əmsallara əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır.

Çempionlar Liqasının liqa mərhələsinə düşən komandalar 6 bonus xalı alır, həmin raundda ilk 8 pilləni tutan komandalara 6 bonus xalı, 9-16-cı yerləri tutan komandalara 4 bonus xalı, 17-24-cü yerləri tutan komandalara 2 bonus xalı verilir, 1/8 finaldan başlayaraq hər mərhələ 1,5 bonus xalı qazandırır.

Avropa Liqasının liqa mərhələsində ilk 8 pilləni tutan komandalar 6 bonus xalı, 9-16-cı yerləri tutan komandalar 4 bonus xalı, 17-24-cü yerləri tutan komandalar 2 bonus xalı alır, 1/8 finaldan başlayaraq hər mərhələ 1 bonus xalı gətirir.

Konfrans Liqasının liqa mərhələsində ilk 8 pilləni tutan komandalar üçün 4 bonus xalı, 9-16-cı yerləri tutan komandalar üçün 2 bonus xalı, 17-24-cü yerləri tutan komandalar üçün 1 bonus xalı nəzərdə tutulur, 1/8 finaldan başlayaraq hər mərhələ 0,5 bonus xalına bərabər olur.

Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır. Azərbaycan bu mövsüm 5,125 əmsal əldə edib.

2025-2026 mövsümü Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının liqa mərhələləri ilə davam edir. Hər üç liqa mərhələsində 36 komanda yarışır: ilk 8 pilləni tutanlar birbaşa 1/8 finala çıxacaq, 9-24-cü yerləri tutanlar 1/16 finaldan keçməli olacaq.

Azərbaycan təmsilçisi “Qarabağ” Çempionlar Liqasının liqa mərhələsində 19-cu yerdədir.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun