Medianews.az
UEFA Avropa Liqası: "Qarabağ" bu gün
89 baxış

UEFA Avropa Liqası: "Qarabağ" bu gün Bakıda ÇSKA ilə qarşılaşacaq

"Qarabağ" UEFA Avropa Liqasında bu gün növbəti oyununu keçirəcək.

Medianews.az report-a istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda turnirin II təsnifat mərhələsinin ilk oyununda, Bakıda Bolqarıstanın ÇSKA (Sofiya) kollektivini qəbul edəcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Matçı italiyalı FIFA referisi Daniele Kiffi idarə edəcək.

Xatırladaq ki, komandalar arasında cavab matçı iyulun 30-da Sofiya şəhərində baş tutacaq.

Bizə qoşulun