Medianews.az
Üç qadını qaçırıb işgəncə verdi -
91 baxış

Üç qadını qaçırıb işgəncə verdi - 40 il HƏBS CƏZASI

ABŞ-də üç qadını qaçırıb onlara işgəncə verən 31 yaşlı Andres Portilya 40 il müddətinə azadlıqdan məhrum edilib.

Medianews.az xəbər verir ki, hadisə Nyu-York şəhərində baş verib.

Portilya 2022-ci ilin sentyabrında Kvinz bölgəsində bir yeniyetmə qızı aldadaraq mənzilinə aparıb və ona dəfələrlə cinsi zorakılıq göstərib. Noyabr ayında qızı açar ilə başından vuraraq göz çuxurunu sındırıb və avtomobilinə aparıb. O, qızı iki ay boyunca maşında saxlayıb, ucsuz-bucaqsız yerlərdə park edərək qaçmağa cəhd edəcəyi halda öldürəcəyi ilə hədələyib. Qızı az miqdarda yeməklə təmin edib.

Bu müddətdə Portilya başqa bir yeniyetmə qızı da aldadaraq avtomobilinə gətirib, ona zorakılıq göstərib və həmin gün azad buraxıb. 2023-cü ilin yanvarında isə 21 yaşlı qadını telefonunu doldurmaq bəhanəsi ilə aldadaraq maşına mindirib və dörd gün əsir saxlayıb. Qadın azadlığa çıxan kimi polisə müraciət edib.

Portilya 6 yanvar 2023-cü ildə polis təqibi nəticəsində saxlanılıb. Avtomobildə ilk qaçırılan qız da tapılıb. Zərərçəkmişin sağalması üçün aylarla müalicə alması lazım olub.

Kvinz dairəsinin prokuroru Melinda Kats bu cinayətləri “fiziki və seksual zorakılığın dəhşətli aktları” adlandırıb. Portilya insan qaçırma, zorlamalar və hücumlarla bağlı bir neçə ittiham üzrə günahını etiraf edib. Hakim onu 40 il həbs və azadlığa çıxdıqdan sonra 20 il nəzarət altında yaşamağa məhkum edib.

Medianews.az

Bizə qoşulun