Medianews.az
"Diktator" qalmaqalı:
81 baxış

"Diktator" qalmaqalı: Baş məşqçi yenidən üsyan etdi

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın 1/4 finalında Mərakeşə qalib gəldikləri oyundan (2:0) sonra kapitan Kilian Mbappeni müdafiə edib.

Medianews.az xəbər verir ki, təcrübəli mütəxəssis sosial şəbəkələrdə Mbappenin komandada "diktator" obrazına sahib olması ilə bağlı yayılan tənqidlərə etiraz edib.

Deşamın sözlərinə görə, çoxları Kilianın yalnız özünü düşünən bir diktator olduğunu zənn etsə də, o, meydandakı performansı ilə nümunəvi bir kapitandır.

"Vurduğu qollarla yanaşı, mənim millidəki oyun sayı rekordumu da geridə qoydu. Məgər bu, heyrətamiz deyil?", - deyə mütəxəssis bildirib. 

Qeyd edək ki, Deşam 1/8 finalda Paraqvaya qarşı keçirilən oyundan sonra da Mbappenin "diktator" kimi qələmə verilməsinə kəskin narazılığını bildirmişdi.

Medianews.az

Bizə qoşulun