Musavat.com xəbər verir ki, Türkiyənin OGM (Meşə Baş İdarəsi) qurumuna məxsus Air Tractor tipli yanğınsöndürmə təyyarəsi Xorvatiyaya texniki baxış üçün uçuş zamanı qəzaya uğrayıb.
Rəsmi məlumatlara görə, qəza nəticəsində təyyarənin pilotu həlak olub. Hadisə yerinə Türkiyə və Xorvatiyanın aidiyyəti qurumları cəlb edilib, ərazidə zəruri araşdırmalar davam etdirilir.
Qeyd edək ki, təyyarə Xorvatiya istiqamətinə planlı texniki xidmət üçün göndərilmişdi.