Medianews.az
Türkiyədə media sektorunu silkələyən hadisə:
57 baxış

Türkiyədə media sektorunu silkələyən hadisə: Esat Yontunçın saxlanılması qərarı verildi

Türkiyədə məşhur "Acun Medya" şirkətinin baş koordinatoru Esat Yontunç barəsində narkotik istintaqı çərçivəsində saxlanılma qərarı verilib.

Bu barədə Medianews.az Oxu.Az-a istinadən xəbər verir.

Məlumata görə, səlahiyyətli qurumlar tərəfindən aparılan araşdırmalar nəticəsində Yontunçun hazırda xaricdə olduğu müəyyən edilib və barəsində saxlanılma qərarı çıxarılıb.

İstintaq prosesinin detalları hələlik ictimaiyyətə açıqlanmayıb. Media sektorunda böyük ajiotaj yaradan bu hadisə diqqətlə izlənilir.

Bizə qoşulun