Medianews.az
Bəşər Əsədin əmisi öldü
65 baxış

Bəşər Əsədin əmisi öldü

Suriyanın keçmiş vitse-prezidenti, eləcə də ölkənin sabiq prezidenti Bəşər Əsədin əmisi Rifat Əsəd 88 yaşında vəfat edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Syria TV” telekanalı məlumat yayıb. 

1984-1998-ci illərdə Suriyanın vitse-prezidenti olan R.Əsədin ölümünün təfərrüatı açıqlanmayıb.

Qeyd edək ki, Rifat Əsəd 1971-ci ildən 2000-ci ilədək Suriyaya rəhbərlik etmiş Hafiz Əsədin kiçik qardaşıdır. 1984-cü ildə baş tutmuş uğursuz çevriliş cəhdindən sonra xaricdə yaşayıb, lakin rəsmi olaraq dövlət vəzifəsini tutmağa davam edib. 2021-ci ildə Bəşər Əsəd əmisinə siyasi fəaliyyətlə məşğul olmamaq şərtilə vətənə qayıtmağa icazə verib.

Rifat Əsədə qarşı İspaniya, Fransa və İsveçrədə korrupsiya və hərbi cinayətlərlə əlaqədar məhkəmə iddiaları qaldırılıb. Lakin təqsirləndirilən şəxsin səhhəti ilə əlaqədar araşdırmalar dayandırılıb. 2024-cü ilin dekabrında Suriyada Bəşər Əsəd hakimiyyəti devrildikdən sonra Rifat Əsədin Beyruta köçdüyü bildirilirdi.

Bizə qoşulun