Medianews.az
Gökdeniz Karadeniz
63 baxış

Gökdeniz Karadeniz işsiz qaldı

Türkiyəli mütəxəssis Gökdeniz Karadeniz Rusiyanın "Rubin-2" klubundakı baş məşqçi vəzifəsindən istefa verib.

Milli.Az-ın məlumatına görə, xəbəri Kazan klubunun rəsmi mətbuat xidməti yayıb. Mütəxəssisin müvəqqəti olaraq köməkçisi Andrey Fyodorov onun yerinə rəhbərlik edəcək.

Gökdeniz Karadeniz 2023-cü ildən Kazan təmsilçisinin ehtiyat komandasında çalışırdı. Üç mövsüm ərzində kollektivin rəhbərliyi altında iki dəfə II Liqanın B divizionunda bürünc mükafat qazanılıb.

Qeyd edək ki, Karadeniz futbolçu karyerası ərzində 2008-2018-ci illərdə "Rubin"in əsas heyətində çıxış edib. O, Kurban Berdıyevin rəhbərliyi altında iki dəfə Rusiya çempionu titulunu qazanıb.

Bizə qoşulun