Medianews.az
Keçmiş baş nazirə 23 il həbs cəzası verilib
56 baxış

Keçmiş baş nazirə 23 il həbs cəzası verilib

Məhkəmə Cənubi Koreyanın keçmiş baş nazirini çevrilişə kömək göstərmək və təhrik etmək, eləcə də yalan ifadə verməkdə təqsirli bilərək 23 il həbs cəzasına məhkum edib.

Musavat.com cəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, Seul mərkəzi rayon məhkəməsi keçmiş prezident Yun Sok-yolun 3 dekabr 2024-cü ildə hərbi vəziyyət elan etmək üçün etdiyi hərəkətlərin üsyan təşkil etdiyinə qərar verib və baş nazir Han Duk-sunu qanunsuz fəaliyyətlərdə fəal iştirak etməkdə günahkar bilib.

Hakimlər prokurorların tələb etdiyindən daha ağır cəza verib. Prokurorlar Han üçün 15 il həbs cəzası istəmişdilər. Sabiq baş nazir Han məhkəmə zalında həbs edilib.

İş materiallarına görə, Han hərbi vəziyyət elan edilməsi ərəfəsində kabinet iclası keçirməyi təklif edib. O, bu qərara etiraz etməyib və hökuməti tənqid edən media orqanlarına su və elektrik enerjisi təchizatını kəsmək cəhdləri də daxil olmaqla, onun icrasına kömək edib. Parlament hərbi vəziyyəti ləğv etdikdən sonra Han ona hüquqi qüvvə vermək üçün dəyişdirilmiş fərman imzalayıb. Daha sonra o, Konstitusiya Məhkəməsində and içərək yalan ifadə verib.

Han Duk-su Yun Sok-yol hökumətinin ilk üzvü və məhkəmədə həbs edilən və hərbi vəziyyətə görə həbs cəzasına məhkum edilən ilk keçmiş baş nazir oldu. Bu hökm məhkəmənin Yun Sok-yolun özünə qarşı qərarına təsir göstərə bilər. Prokurorlar edam cəzası istəyirlər və hökm 19 fevralda elan ediləcək.

2024-cü ilin dekabrında Yun Sok-yol müxalifəti Şimali Koreyanın maraqlarına uyğun hərəkət etdiyini bildirib və hərbi vəziyyət elan edib. O, parlamentin büdcəni təsdiqləməkdən imtina etməsini və impiçment prosedurunun hazırlanmasını əsas gətirib. Hərbi vəziyyət bir neçə saat qüvvədə qalıb, bundan sonra parlament onu ləğv edib.

Daha əvvəl Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok-yol həbsə mane olduğuna görə 5 il həbs cəzasına məhkum edilb, ancaq bu, onun hələ canını ədalət mühakiməsindən qurtarması deyil. Əsas hökm fevralın 19-da veriləcək.

Bizə qoşulun