Azərbaycan əsilli amerikalı qrossmeyster Daniel Naroditski narkotik maddələrdən zəhərlənmə nəticəsində vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə Şimali Karolina Baş Məhkəmə Eksperti İdarəsi məlumat yayıb.
Qeyd edək ki, Naroditski 29 yaşında, ötən il oktyabrın 20-də dünyasını dəyişib.
Naroditski 2015-ci ildə ABŞ-ı komanda üzrə dünya çempionatında təmsil edib. 2019-cu ildə ABŞ ustaları çempionatında birinci yeri paylaşmış, 2013-cü ildə ABŞ gənclər çempionu, 2007-ci ildə isə 12 yaşadək idmançılar arasında dünya çempionu olub.
Daniel Naroditskinin atası Vladimir Naroditski Ukraynadan ABŞ-a köçmüş, anası Yelena isə Azərbaycandan idi. Beynəlxalq Şahmat Federasiyasının reytinqində Naroditski 151-ci sırada qərarlaşmışdı.