Medianews.az
Universitetdən tələbələrin diplomu ilə bağlı
60 baxış

Universitetdən tələbələrin diplomu ilə bağlı AÇIQLAMA

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının 2024-2025-ci tədris ili üzrə məzunları diplomlarını ala bilmədiklərini bildirirlər.

Bu barədə Musavat.com-a müraciət edən məzunların sözlərinə görə, məsələ ilə bağlı onlara aydın cavab verilmir.

Məzunlar qeyd edirlər ki, dəfələrlə nazirliyə müraciət etsələr də, hər dəfə onları universitetə yönləndirirlər.

“Elm və Təhsil Nazirliyindən bildirirlər ki, məsələ ilə bağlı UNEC-ə müraciət edək. Universitetə yaxınlaşdıqda isə deyirlər ki, sənədlər hələ ötən ilin avqust ayından nazirliyə təqdim olunub və prosesə ETN baxır”, - deyə məzunlar şikayətlərində bildirirlər.

Onların sözlərinə görə, problemin həlli ilə bağlı aidiyyəti şəxslərlə görüşmək istəsələr də, qəbul edilmirlər.

Azərbaycan Dövlət İqtisad Universitetindən Musavat.com-a verilən açıqlamada bildirilib ki, Dərbənd filialının 2024-2025-ci il məzunlarına diplomların verilməsi ilə bağlı tələb olunan sənədlər Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə təqdim olunub. 

Qeyd edək ki, analoji vəziyyət ötən ilin 2023–2024-cü tədris ili üzrə məzunlarının da başına gəlmişdi. Həmin məzunlar bütün dərs və imtahanlarda iştirak etmələrinə, yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçmələrinə baxmayaraq, diplomlarını ala bilməmişdilər.

Bizə qoşulun