Almaniyanın "Bavariya" klubu futbolçusu Serj Qnabrinin müqaviləsinin müddətini uzatmağa yaxındır.
"Report" insayder Florian Plettenberqə istinadən xəbər verir ki, Münhen təmsilçisi 30 yaşlı vingerlə razılıq əldə edəcək.
Artıq tərəflər arasındakı danışıqlar son mərhələdədir və hər şey plan üzrə davam edir.
Qeyd edək ki,Serj Qnabrinin hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayınadək qüvvədir. O, cari mövsüm bütün yarışlarda 23 matçda meydanda olub, 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.