Medianews.az
Azərbaycan Böyük Britaniyadan qızıl tədarükünü
80 baxış

Azərbaycan Böyük Britaniyadan qızıl tədarükünü kəskin artırıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 5 milyard 42 milyon ABŞ dolları dəyərində 48 min 402 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər) idxal edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 86 %, kəmiyyət olaraq – 42 % çoxdur.

Hesabat dövründə Azərbaycana Avstraliyadan 889,8 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 26 % az) 8 min 99 kiloqram (-47 %), Amerika Birləşmiş Ştatlarından 725,6 milyon ABŞ dolları dəyərində (-18 %) 6 min 458 kiloqram (-41 %), Rusiyadan 656,8 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 6 min 784 kiloqram (+3 dəfə), Böyük Britaniyadan 481,3 milyon ABŞ dolları dəyərində 4 min 861 kiloqram (1 il əvvəl 0,01 min ABŞ dolları dəyərində 0,01 kiloqram qızıl alınıb), İsveçrədən 396,3 milyon ABŞ dolları dəyərində (+2,6 dəfə) 3 min 453 kiloqram (+75 %) məhsul gətirilib.

2020-2023-cü illərdə Azərbaycana toplam olaraq xaricdən 98,3 milyon ABŞ dolları dəyərində 1 724 kiloqram eyni adda qızıl gətirildiyi halda, 2024-cü ildə 3,313 milyard ABŞ dolları dəyərində 41 min 78 kiloqram həmin məhsuldan idxal olunub.

Ötən ilin ilk 11 ayında Azərbaycan ancaq İsveçrəyə qızıl satıb. Bu ölkəyə 297,45 milyon ABŞ dolları dəyərində 4 312 kiloqram qızıl tədarük olunub ki, bu da 1 il əvvəlki göstəricidən müvafiq olaraq 59 % və 8,5 % çoxdur.

Bizə qoşulun