ABŞ Prezidenti Donald Tramp Davos forumunda iştirak etmək üçün İsveçrəyə yollanıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, ABŞ liderinin təyyarəsi Sürix beynəlxalq hava limanına eniş edib.
Daha əvvəl Davosa yola düşən ABŞ liderinin təyyarəsində elektrik nasazlığı aşkar edildiyi və hava gəmisinin Endryusdakı aviabazaya qayıtdığı barədə məlumat yayılmışdı.
Bundan əlavə, Trampın təyyarəsinin Qrenlandiya hava nəqliyyatı dispetçerlərinin nəzarət etdiyi hava məkanına daxil olmadığı da bildirilib.
Xatırladaq ki, bu il Davos forumu yanvarın 19-da başlayıb və ayın 23-dək davam edəcək.