Medianews.az
Türkiyədə iş adamı naməlum şəxslər
106 baxış

Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən qaçırıldı

İstanbul Böyükşəhər Bələdiyyəsinə bağlı  Culture Inc. şirkətinin baş direktor müavini Erhan Karaal, İstanbuldakı evinin qarşısında şəxsiyyəti naməlum şəxslər tərəfindən qaçırılıb.

Medianews.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Məlumata görə, Karaaldan təxminən 14 saatdır ki, xəbər yoxdur. Hadisənin dünən axşam saat 21:00 radələrində Maltepedə baş verib.  Erhan Karaal avtomobilinin yanında gözləyərkən başqa bir nəqliyyat vasitəsindən düşən üç nəfərin hücumuna məruz qalıb. Karalın döyüldüyü və daha sonra zorla nəqliyyat vasitəsinə mindirildiyi təhlükəsizlik kameralarına əks olunub. 

İş adamının axtarışı davam edir, fakt araşdırılır. / Unikal.az 

Bizə qoşulun