ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında daha dörd oyun baş tutacaq.
Medianews.az xəbər verir ki, E qrupunun ilk matçında Almaniya Kurasaonu sınağa çəkəcək.
Qarşılaşma 14 iyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
C qrupunun Braziliya - Mərakeş görüşü saat 02:00-da, Haiti - Şotlandiya dueli saat 05:00-da başlayacaq.
Saat 08:00-da D qrupunun Avstraliya - Türkiyə oyununa start veriləcək.