Medianews.az
Trampın Zelenskiyə çağırışına Kremldən reaksiya:
118 baxış

Trampın Zelenskiyə çağırışına Kremldən reaksiya: Belə çıxır ki...

ABŞ prezidenti Donald Trampın Vladimir Zelenskini razılığa gəlməyə çağırması Ukraynanın münaqişənin həllində əsas maneə olduğunu təsdiqləyir.

 Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Jurnalistlər Peskovdan “Financial Times” (FT) qəzetində Trampın Ukraynadakı sülh prosesinə marağını itirməsi səbəbindən dalana dirəndiyinə dair xəbərlə bağlı soruşublar.

Peskov jurnalistlərə bildirib:

“Prezident Trampın açıqlamalarına əsasən, o, münaqişəyə marağını itirməyib. Üstəlik, prezident Zelenskinin razılığa gəlməsini qətiyyətlə tövsiyə edir. Və bu açıqlamalardan belə çıxır ki, danışıqlar prosesinin qarşısında əsas maneə Ukrayna tərəfidir".

ABŞ prezidenti daha əvvəl Kiyevin münaqişəsinin həlli üçün razılığa gəlmək istəməməsindən təəccübləndiyini bildirmişdi. Amerika liderinin vurğuladığı kimi, Zelenski ilə razılığa gəlmək Rusiya prezidenti Vladimir Putinlə müqayisədə "daha çətindir".//Publika.az

Bizə qoşulun