Medianews.az
Pasportların üzərində
100 baxış

Pasportların üzərində Trampın şəkli olacaq

ABŞ Dövlət Departamenti ölkənin 250 illiyi münasibətilə üzərində Donald Tramp təsviri olan məhdud sayda pasportların buraxılmasına hazırlaşır. 

Medianews.az bildirir ki, bu haqda Fox News məlumat yayıb.

Pasportun iç səhifəsində prezidentin şəkli və qızılı imzası yer alacaq. Arxa hissədə isə qızılı örtüklü ABŞ bayrağı və “250” rəqəmi təsvir olunacaq.

Tirajın 25–30 min nüsxə olacağı planlaşdırılır. Xatirə pasportları 4 iyul tarixindən etibarən Vaşinqtonda şəxsən müraciət edənlər üçün əlçatan olacaq.

Medianews.az

Bizə qoşulun