Medianews.az
Messi atasına görə
100 baxış

Messi atasına görə Argentinaya yollandı

Argentina millisinin əfsanəsi Lionel Messi 2026-cı il dünya çempionatından sonra atasının yanına getmək üçün Argentinaya qayıdıb.

Medianews.az xəbər verir ki, futbolçu ölkəsinə şəxsi təyyarə ilə yollanıb. Bildirilir ki, Messi turnir zamanı səhhətində problemlər yaşayan 68 yaşlı atası Xorxe Messi ilə vaxt keçirmək istəyib.

Daha əvvəl Messi və Argentina millisinin digər doqquz futbolçusunun final məğlubiyyətindən sonra komanda ilə birlikdə ölkəyə qayıtmadığı bildirilmişdi.

Qeyd edək ki, DÇ-2026 finalında Argentina əlavə vaxtda İspaniyaya 0:1 hesabı ilə uduzub. 39 yaşlı Messi turnirdə 8 qol və 4 məhsuldar ötürmə ilə Argentina millisinin ən məhsuldar futbolçusu olub.

Medianews.az

Bizə qoşulun