Medianews.az
İsrail ordusu hazırlığa keçdi –
87 baxış

İsrail ordusu hazırlığa keçdi – Trampın qərarı gözlənilir

“İsrail ABŞ Prezidenti Donadl Trampın birbaşa çağırışı olarsa, İrana qarşı müharibəyə qoşula bilər”.

Medianews.az xəbər verir ki, bu barədə “CNN” İsrail rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilib ki, Vaşinqton hələlik İsraildən Hörmüz boğazında aparılan əməliyyata qoşulmağı xahiş etməyib:

“Əgər ABŞ Prezidenti Donald Tramp zərbələrin miqyasını əhəmiyyətli dərəcədə genişləndirmək qərarına gəlsə və İsraili əməliyyata qoşulmağa çağırsa, Təl-Əviv buna hazır olacaq”.

Qeyd olunur ki, hazırda İsrail ABŞ ilə İran arasında qarşıdurmanın daha da gərginləşəcəyi ehtimalına qarşı müxtəlif əməliyyat planları hazırlayır:

“Bununla belə, hələlik münaqişədən kənarda qalır və döyüşlərə birbaşa qoşulmağı planlaşdırmır. Buna baxmayaraq, İsrail Müdafiə Qüvvələrinin (SAXAL) rəhbərliyi ölkənin hərbi əməliyyatları istənilən an yenidən başlamağa tam hazır olduğunu vurğulayır”.\\Globalinfo.az

Bizə qoşulun