Medianews.az
Tanınmış futbolçu ABŞ klubuna
107 baxış

Tanınmış futbolçu ABŞ klubuna vida etdi

ABŞ-ın “Minnesota” klubu yarımmüdafiəçisi Xames Rodrigeslə yollarını ayırıb.

Medianews.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

35 yaşlı futbolçu bu ilin fevralından “Minnesota”nın formasını geyinirdi. O, MLS-də keçirdiyi 8 oyunda 2 məhsuldar ötürmə edib.

Kolumbiyalı oyunçu Avropada “Real”, “Bavariya”, “Monako” və “Portu” kimi klublardakı çıxışı ilə tanınıb. O, Kolumbiya millisinin heyətində 131 oyun keçirib və 31 qol vurub.//Qol.az

Bizə qoşulun