Medianews.az
Aktrisa Rusiya vətəndaşlığı
133 baxış

Aktrisa Rusiya vətəndaşlığı almaq istəyir

Məşhur italiyalı aktrisa Ornella Muti Rusiya vətəndaşlığı almaq üçün müraciət edib. 

Medianews.az xəbər verir ki, bu barədə aktrisanın qızı, müğənni Naike Rivelli sosial şəbəkə hesabında paylaşım edib. 

O bu addımı özlərini həqiqətən də evdə hiss etmək arzusu ilə izah edib:

“Bizim Rusiya köklərimiz var, biz öz mənşəyimizdən, ailəmizdən və dostlarımızdan imtina edə bilmərik”.

Müğənni həmçinin anası ilə birlikdə Moskvada və ya Sankt-Peterburqda ev almaq niyyətində olduqlarını açıqlayıb.

Bizə qoşulun