Medianews.az
Tramp açıqladı:
124 baxış

Tramp açıqladı: ABŞ Polşaya əlavə 5 min hərbçi göndərəcək

ABŞ Prezidenti Donald Tramp Polşaya əlavə 5 min Amerika əsgərinin göndəriləcəyini açıqlayıb.

Medianews.az xəbər verir ki, Tramp bu barədə sosial media hesabında paylaşım edərək Polşaya yönəlik yeni hərbi yerləşdirmə qərarını elan edib.

O, Polşa Prezidenti Karol Navrotski ilə münasibətlərinə toxunaraq bildirib ki, Polşaya əlavə hərbi qüvvələrin göndərilməsi qərarı iki ölkə arasındakı əməkdaşlıq və tərəfdaşlıq çərçivəsində verilib. Tramp qeyd edib ki, dəstəklədiyi Karol Navrotskinin prezident seçkisində qələbəsindən məmnunluq duyur.

Trampın açıqlamasından sonra Polşa Prezidenti Karol Navrotski də sosial media hesabında bəyanat yayıb.

Navrotski Polşa-ABŞ müttəfiqliyinin həm ölkəsi, həm də Avropa üçün təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, bu ittifaq əməkdaşlıq, qarşılıqlı hörmət və ortaq təhlükəsizlik prinsipləri üzərində qurulub.

Polşa lideri Trampa ölkəsinə göstərdiyi dəstəyə görə təşəkkür edib və Polşa xalqının təhlükəsizliyinin onun əsas prioriteti olduğunu qeyd edib.

Medianews.az

 

Bizə qoşulun