Kolumbiyalı hücumçu, "Əl-Nəsr"in forvardı Con Duran karyerasını Türkiyə çempionatında davam etdirəcək.
Medianews.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
Futbolçu "Qalatasaray"a icarəyə keçməyə çox yaxındır. 22 yaşlı futbolçunun İstanbul klubunda mövsümə 4 milyon avro qazanacağı, maaşının qalan hissəsini isə "Əl-Nəsr"in ödəyəcəyi bildirilir. Bütün rəsmi prosedurlar başa çatdıqdan sonra Duran müqavilə imzalamaq üçün İstanbula yollanacaq.
Qeyd edək ki, gənc hücumçu ötən mövsümü də müxtəlif klublarda icarədə keçirib.
Medianews.az