Medianews.az
Sumıda partlayışlar
93 baxış

Sumıda partlayışlar qeydə alınıb

Ukraynanın şimalında yerləşən Sumı şəhərində ard-arda partlayışlar qeydə alınıb.

Medianews.az xəbər verir ki, bu barədə Ukraynanın "Obşestvennoye. Novosti" nəşri məlumat yayıb.

Məlumata görə, şəhərdə əvvəlcə bir, daha sonra isə daha iki yeni partlayış səsi eşidilib. Hadisənin təfərrüatları və dağıntılar barədə hələlik əlavə məlumat verilmir.

Partlayışlar fonunda Sumı vilayəti də daxil olmaqla, Ukraynanın bir neçə regionunda hava həyəcanı siqnalı elan edilib./Bakıvaxtı.az

Bizə qoşulun