Çuğundur olduqca faydalı tərəvəz olsa da, ondan həddindən artıq istifadə edilməsi arzuolunmaz fəsadlara yol aça bilər.
Medianews.az xəbər ki, bu barədə endokrinoloq Anastasiya Altunina xəbərdarlıq edib.
Həkim ilk növbədə bildirib ki, çuğundurun tərkibi oksalatlarlazəngindir. Bu səbəbdən tərəvəzdən çox istifadə edilməsi sidik-daş xəstəliyinin yaranma riskini artırır, böyrəklərində artıq daş olan şəxslərdə isə mövcud daşların böyüməsinə və ya yenilərinin yaranmasına səbəb olur.
Mütəxəssis çuğundurun digər yan təsirlərini də sadalayıb:
Təzyiqin qəfil düşməsi: Çuğundurun tərkibində təbii nitratlar çoxdur. Onlar orqanizmdə damarları genişləndirən azot oksidə çevrilirlər. Böyük porsiya ilə çuğundur yemək təzyiqin kəskin şəkildə aşağı düşməsinə, zəifliyə və baş gəllənməsinə səbəb ola bilər.
Həzm problemləri: Həddindən artıq çuğundur qəbulu mədə-bağırsaq traktında köp, qaz, sancı və ishala yol açır.
Şəkərin yüksəlməsi: Çuğundurun qlisemik indeksi yüksəkdir. Bu isə qanda şəkərin kəskin şəkildə artmasına təkan verə bilər. Həkim vurğulayır ki, şəkərli diabet və insulin müqaviməti olan şəxslər bu amili mütləq nəzərə almalıdırlar.
Medianews.az