Medianews.az
Baş nazirdən DÇ-2026 vədi:
111 baxış

Baş nazirdən DÇ-2026 vədi: "İngiltərə çempion olsa..."

Böyük Britaniyanın Baş naziri Kir Starmer İngiltərə milli komandasının DÇ-2026-da qalib gələcəyi təqdirdə ölkədə əlavə qeyri-iş gününün elan edilə biləcəyinə eyham vurub.

Medianews.az xəbər verir ki, Almaniyalı mütəxəssis Tomas Tuxelin rəhbərlik etdiyi milli DÇ-2026-da artıq dörddəbir finala yüksəlib və iyulun 12-də Norveç millisi ilə qarşılaşacaq.

Əlavə istirahət günü barədə sualı cavablandıran baş nazir ehtiyatlı danışıb: "Əlavə istirahət gününə gəlincə, göz dəyməsini istəmirəm. Biz finala yüksələndə bu barədə mənə yenidən sual verərsiniz".

Qeyd edək ki, futbol üzrə 2026-cı il Dünya Çempionatının final oyunu 19 iyul 2026-cı il tarixində keçiriləcək

Medianews.az

Bizə qoşulun