Böyük Britaniyanın Tehrandakı səfiri Hyuqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Medianews.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Məlumata əsasən, İran tərəfi Britaniya hökumətinin İslam Respublikası xalqına qarşı qeyri-adekvat rəftarı ilə bağlı Hyuqo Şorterə etiraz notası təqdim olunub. Səfirə təqdim edilən notada, həmçinin Britaniya rəsmilərinin "İranın krallığın təhlükəsizliyini pozmaq cəhdləri" ilə bağlı əsassız və yalan iddiaları qeyd olunub.
Qeyd edək ki, dünən Böyük Britaniyada xarici ölkələrin düşmənçilik fəaliyyətlərinə qarşı mübarizə aparmaq üçün Daxili İşlər Nazirliyinə əlavə səlahiyyətlər təqdim edən yeni qanun qüvvəyə minib. Cəmi bir ay öncə parlamentə çıxarılan qanunvericilik aktının təcili qəbul edilməsi, İran ətrafındakı ziddiyyətlər başlayandan sonra Birləşmiş Krallıqda antisemitizm zəminində hücumların kəskin şəkildə artması ilə əlaqələndirilir. Londonda baş verən bu cür insidentlərdən sonra Birləşmiş Krallığın Baş naziri Kir Starmer bu hadisələrdə xarici qüvvələrin iştirak ehtimalını istisna etmədiyini vurğulayıb və məsələ ilə bağlı İrana xəbərdarlıq edib./oxu.az