Almaniyanın köklü klublarından olan "Herta Berlin" gənc azərbaycanlı futbolçu Raul Süleymanovla ilk peşəkar müqaviləyə imza atıb.
Bu məlumatı oyunçu özünün sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
"Etimada görə təşəkkür edirəm. "Herta" ilə ilk peşəkar müqaviləmi imzaladığım üçün qürur duyuram. Qarşıdakı dövrü səbirsizliklə gözləyirəm", - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, Raul Süleymanov Azərbaycanın U-21 millisinə də dəvət alıb.
Qeyd edək ki, gənc hücumameyilli yarımmüdafiəçi 12 yaşından etibarən "Herta Berlin" komandasının aşağı yaş komandalarında çıxış edir. Yeni razılaşmadan sonra o, artıq Berlin təmsilçisinin əsas komandasında yerini möhkəmlətmək uğrunda mübarizəyə qoşulacaq.

