Taylandda toylarından cütlük bir gün sonra faciəli şəkildi həlak olub.
Medianews.az xəbər verir ki, faciə 14 yanvar, Nakxonratçasima əyalətində baş verib.
Yüksəksürətli dəmir yolu layihəsi üzərində işləyən kran çökərək Banqkokdan Ubon Ratçatanya gedən qatara çırpılıb. Qatar relsdən çıxıb və qısa müddətdə alovlanıb. Qəza nəticəsində 66 sərnişin xəsarət alıb, 32 sərnişin isə həyatını itirib.
Onların arasında Cənubi Koreyadan olan 37 yaşlı Kim Yonq-ho və onun 35 yaşlı həyat yoldaşı Surattiyakorn Kanya da var idi. Onlar bir gün əvvəl evlənmişdilər və qadının doğma əyalətinə qohumlarını ziyarət etməyə gedirdilər.
Qohumları bildiriblər ki, Yonq-ho və Kanya 10 ildir birlikdədirlər və Cənubi Koreyada yaşayırlar. Dekabr ayında onlar gəlinin ailəsini ziyarət etmək və rəsmi olaraq nikahlarını qeydiyyata almaq üçün Taylanda qayıdıblar.
O, həmçinin hökuməti hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyə və qurbanların ailələrinə təzminat ödəməyə çağırıb.
Medianews.az



