ABŞ-də bir kişi ticarət mərkəzində animator işləyən qadına qarşı əxlaqsız hərəkətlər etdiyi üçün məhkəmə qarşısına çıxıb.
Medianews.az xəbər verir ki, hadisə Pensilvaniya ştatındakı “South Hills Village” ticarət mərkəzində baş verib.
Zərərçəkən pasxa dovşanı rolunu canlandırarkən kişi ona yaxınlaşıb və qeyri-etik hərəktlər etməyə başlayıb. İlkin dinləmədə zərərçəkmiş göz yaşları içində qorxudan hərəkət edə bilmədiyini söyləyib.
Məhkəmədə təqsirləndirilən şəxsin qadına qarşı etdiyi hərəkətləri əks etdirən görüntülər nümayiş etdirilib.
Hadisə ilə bağlı araşdırma davam edir.
Medianews.az