"Yaş gedir, içim sızıldayır. Depressiya yaşayıram. Düşünürəm ki, niyə belə olur? Sizə şou lazımdır, biz də şou edirik. İki metrlik boyumla səhnədə hər şeyi edirəm. Amma görürəm ki, artıq insanların qulağı çox şeyə adiləşib".
Medianews.az xəbər verir ki, bu sözləri müğənni Vüqar Muradov "Efirdən kənar" verilişində deyib. Sənətçi illərin keçməsinin ona psixoloji təsir etdiyini bildirib.
V.Muradov daha sonra toy qiymətindən və sənətdəki rəqabətdən danışıb:
"Qiyməti aşağı deyəndə sənə hörmət etmirlər. Deyirlər ki, ucuz ətin şorbası olmaz. Zəng edib qiyməti soruşurlar, deyirəm. Sonra 'fikirləşərik' cavabını verir. Ona görə də risk edib toy qiymətimi iki dəfə artıracağam".
İfaçı bəzi müğənniləri də tənqid edib:
"Musiqiyə ifaları ilə xələl gətirənlər var. Onlara göstərilən diqqət məni məyus edir. Təəssüf ki, musiqi zövqü və eşitmə qabiliyyəti zəif olan insanlar da az deyil".\\Axşam.az