Medianews.az
Hindistandan Ukrayna səfirinə
74 baxış

Hindistandan Ukrayna səfirinə çağırış

Hindistan Xarici İşlər Nazirliyi MV OMORFI ticarət gəmisinə edilən hücum nəticəsində Hindistan vətəndaşının həlak olması ilə əlaqədar Ukraynanın ölkədəki səfirini nazirliyə çağırıb.

Medianews.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Səfirdən Hindistanın ticarət gəmilərinə hücumlarla bağlı ciddi narahatlıqlarını Ukrayna hakimiyyətinə çatdırması xahiş edilib, həmçinin vurğulanıb ki, günahsız mülki dənizçilərin həyatını təhlükə altına alan bu cür hərəkətlər qəbuledilməzdir və onların qarşısı alınmalıdır”, - məlumatda deyilib.

Qeyd edək ki, MV OMORFI ticarət gəmisi iyulun 18-də Qara dənizdən keçərkən hücuma məruz qalıb. Hadisə nəticəsində hindistanlı dənizçilərdən biri həlak olub.\\Axar.az

Bizə qoşulun