Böyük Britaniyada təyyarə enəndən sonra sərnişin dərhal saxlanıb. O, yeniyetmə qıza təcavüz etməkdə ittiham olunub.
Medianews.az xəbər verir ki, Böyük Britaniyada yaşayan 35 yaşlı Türkiyə vətəndaşı Samet Duman 2023-cü ildə 17 yaşlı qızı taksiyə mindirərək zorlayıb və daha sonra ölkədən qaçıb.
Hadisədən sonra mütəxəssislər onun DNT izlərini müəyyən etsələr də, məlumatlar Britaniya bazasında mövcud olmayıb.
Şəxsin kimliyi yalnız 2024-cü ildə dəqiqləşdirilib, lakin o zaman Duman xaricdə olub. Daha sonra Böyük Britaniyaya qayıdan zaman o, Stansted hava limanında saxlanılıb.
Ona yetkinlik yaşına çatmayan şəxsə qarşı zorakılıq ittihamı irəli sürülüb, lakin o, günahını etiraf etməyib.
Məhkəmə qərarı ilə Samet Duman 8 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Medianews.az
