ABŞ-də yüngül mühərrikli təyyarə yaşayış evlərinin üstünə düşüb.
Medianews.az xəbər verir ki, hadisə Finiks şəhərində baş verib.
İlkin məlumata görə, təyyarə texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.
Təyyarənin çox aşağıdan uçduğu, idarəetməni itirdiyi, ikimərtəbəli yaşayış evlərinin damına çırpıldığı bildirilir.
Təyyarənin hissələri ətrafa səpələnib: qanad damdan, mühərrikin qalıqları hovuzdan tapılıb.
Ən azı üç nəfər xəsarət alıb. Onlardan ikisi təyyarədə olan şəxslərdir, biri isə evlərdən birinin sakinidir. Yaralılar xəstəxanaya çatdırılıb.
Medianews.az