Medianews.az
Tənhalıq xroniki xəstəlik riskini
130 baxış

Tənhalıq xroniki xəstəlik riskini 30 faiz artırır

Böyük Britaniyada aparılan yeni araşdırma göstərib ki, tənhalıq və sosial təcrid bir neçə xroniki xəstəliyin eyni anda yaranma riskini əhəmiyyətli dərəcədə artırır.

Medianews.az xəbər verir ki, mövzu ilə bağlı 400 mindən çox insan üzərində tədqiqat aparılıb.

Araşdırmanın nəticələrinə görə, özünü tənha hiss edən şəxslərdə bir neçə xroniki xəstəliyin yaranma ehtimalı 30 faiz daha yüksəkdir. Sosial təcrid isə bu riski 15 faiz artırır.

Alimlər bildirirlər ki, tənhalıq insanın özünü emosional olaraq əlaqəsiz hiss etməsi, sosial təcrid isə insanlarla ünsiyyətin az olması deməkdir.

Araşdırmada həmçinin siqaret, az hərəkətli həyat tərzi və yuxu pozuntularının da ciddi risk faktoru olduğu vurğulanıb. Gündə 7 saatdan az və ya 8 saatdan çox yatmaq xroniki xəstəlik riskini artırır.

Tədqiqat çərçivəsində diabet, ürək xəstəlikləri, insult, depressiya, demensiya, xərçəng və digər xəstəliklər araşdırılıb.

Mütəxəssislər hesab edir ki, sosial münasibətlərin gücləndirilməsi və insanların cəmiyyətə daha aktiv inteqrasiyası sağlamlığın qorunması üçün vacibdir.

Medianews.az

 

Bizə qoşulun