Medianews.az
Tənhalığın sağlamlığa
75 baxış

Tənhalığın sağlamlığa mənfi təsiri

Həkim-kardioloq Mariya Çaykovskaya təkliyin və emosional izolyasiyanın insan ürəyi üçün hansı gizli və qorxulu risklər daşıdığını açıqlayıb.

Medianews.az xəbər verir ki, mütəxəssis 320 min insanın iştirak etdiyi irimiqyaslı araşdırmanın nəticələrinə istinad edib.

Araşdırma sübut edib ki, xroniki təklik ürəyin qulaqcıqlarının fibrilyasiyası (aritmiya növü) riskini təxminən iki dəfə artırır. Əgər şəxsdə eyni zamanda təşviş pozuntusu (həyəcan) varsa, bu risk daha da yüksəlir. Təklik, həmçinin miokard infarktı, işemik ürək xəstəliyindən ölüm və insult ehtimalını da kəskin şəkildə artırır.

Kardioloq bunun səbəbini belə izah edib: "İnsan uzun müddət emosional təklik hiss etdikdə, orqanizm xroniki stress rejimində işləməyə başlayır. Simpatik sinir sisteminin aktivliyi artır, yuxu pozulur, bədəndə iltihab prosesləri güclənir və arterial təzyiq tez-tez oynayır. Bütün bunlar ürəyin stabil ritmini qorumasını çətinləşdirir".

Çaykovskaya vurğulayıb ki, ürək sağlamlığı üçün sosial şəbəkələrdəki kontaktların sayı deyil, digər insanlara olan inam və onlardan gələn real dəstək hissi önəmlidir. Müvafiq olaraq, insanların çoxu internetdə aktiv ünsiyyətdə olsalar da, daxilən dərin təklik yaşayırlar. Ürəyə təkcə oksigen, hərəkət və normal təzyiq deyil, həm də kiməsə lazım olduğunu hiss etmək vacibdir.

Medianews.az

Bizə qoşulun